“Ermənistan hakimiyyəti Tavuş bölgəsində alternativ yolun tikintisi üçün araşdırmalara başlayıb. Bəzi məlumatlara görə, artıq iş gedir”.
Konkret.az bu barədə Ermənistanın “Hraparak” nəşrinə istinadən məlumat yayıb:
“Söhbət Tavuş vilayətinin sərhədyanı Voskepar ərazisindəki yeni yolun tikintisindən gedir. Bu isə o deməkdir ki, Gorus-Qafan avtomobil yolu düşmənə (Azərbaycan-red) veriləndən sonra, növbə Tavuşun sərhəd rayonlarına gələcək. Zəngəzur əhvalatı təkrarlanmasın (Azərbaycan öz nəzarətində olan ərazidə post quraşdırdı və yolun özünə aid olan 21 kilometrlik hissəsindən erməni maşınlarının keçməsini qadağan etdi, bundan sora ermənilərin bir kənddən-digərinə getməsi çətinləşdi. Həmin vaxt Ermənistan hakimiyyəti alternativ yolun tikintisini bitirə bilməmişdi) deyə bu dəfə Ermənistan hökuməti Tavuşda vaxtından əvvəl işə başlamağa qərar verib” – qəzet yazıb.
RiaTV.az
Xəbəri paylaş