Koronavirusun immun sisteminin müəyyən hüceyrələrinə hücumu COVID-19-un ən təhlükəli mutasiyasına səbəb olacaq.
Regiontv.com Sputnik-ə istinadən xəbər verir ki, bu barədə allergoloq-immunoloq Vladimir Bolibok "URA.RU"ya müsahibəsində bildirib.
"Əgər koronavirus T-limfositlərə hücum etməyi öyrənsə, o, immun sistemini "söndürə" biləcək və o zaman insan sağala bilməyəcək", - deyə həkim izah edib.
Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, 267 milyon virusa yoluxan xəstə var, onlardan 5,2 milyonunu xilas etmək mümkün olmayıb. Ən çətin vəziyyət ABŞ, Hindistan, Braziliya və İngiltərədədir. Rusiya bu siyahıda beşinci yerdədir.
Xəbəri paylaş