
RegionTV.info xəbər verir ki, Makron Azərbaycan dilində status yazıb:
“Biz davamlı sülh üçün həll yolları tapmalıyıq. Dünən axşam Prezident Əliyevlə, sonra da Baş nazir Paşinyanla birgə irəlilədik”, - paylaşımda bildirilib. Qeyd edək ki, dekabrın 15-də Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan Baş naziri Nikol Paşinyan arasında qeyri-formal görüş keçirilib.
