44 günlük müharibə zamanı Suqoşuvanda yeddi nəfərlə birgə əsir götürülən erməni hərbçi Hayk hadisənin təfərrüatı barədə danışıb.
"Azərbaycanlı hərbçi atəş açdığımız hissəyə yaxınlaşdı və onu görüb-görmədiyimi soruşdu. 35-40 yaşı olardı. Silahını kənara qoydu və mənə inandığını dedi. O, həmçinin, məndən çıxmağımı və onunla danışmağımı təklif etdi. Mən heç vaxt azərbaycanlı əsgərin etdiyini etməzdim. Çünki o, bunkerdə onu nə gözlədiyini bilmirdi. Adı Vüqar idi. O, siqareti yandırıb mənə uzatdı.
Mən yaralı idim və bilirdim ki, bu yara səbəbindən ölə bilərəm. Bu barədə uşaqlara danışdım və bunkerdən çıxmağa qərar verdim. O, mənim yaram haqqında sual verdi və ağrının keçməsi üçün mənə iynə vurdular.
Mənə dedi ki, onlar indi gedə bilər, lakin artıq 30 dəqiqədən sonra qoşunlar bura gələcək və biz bunkerdə 20 nəfər belə olsaq, heç bir şansımız yoxdur. O, təslim olmağı təklif etdi.
Söz verdi ki, heç kim bizə toxunmayacaq. Bizi Bakıya göndərəcəklər, müharibə başa çatdıqdan sonra isə sadəcə əsirlərlə dəyişəcəklər. Onun yaxşı insan olduğunu gördüm və biz təslim olmağa qərar verdik. Reallıqla üzləşəndə anladım ki, bu xalq mübarizə apara bilər. Biz onları lazım olandan az qiymətləndirməməliyik. Bu, bizim ən böyük səhvimiz idi”, - deyə Hayk etiraf edib.
Hayk, həqiqətən də Ermənistana qaytarılıb. Ermənistan mediasının yazdığı məlumata görə, o, bir müddət sonra ailə həyatı qurub.
Azərbaycan Ermənistandan fərqli olaraq, həmişə beynəlxalq öhdəliklərini yerinə yetirir. Bu hadisə isə bunun daha bir sübutudur. (RegionTV.az)
Xəbəri paylaş