Gəncədə yeni vakansiya var. Yeni Ganja Hotel Company baş mühasib axtarışındadır.
Namizədlərdən ali iqtisadi yaxud otelçilik üzrə təhsil, rus və ingilis dili bilikləri, 1C, Microsoft Office proqramlarında işləmə bacarıqları, otelçilik və özəl sektorda 3 il iş təcrübəsi, analitik düşüncə və analiz qabiliyyətinin olması tələb olunur.
Əməkdaş aşağıdakıları əldə edir:
- Dünyanın məşhur otel brendlərində təcrübə qazanmış peşəkar kollektivdə iş imkanı;
- Təlim və inkişaf proqramlarında iştirak imkanları;
- Tibbi sığorta;
- Mobil telefon və korporativ nömrə.
Maraqlanan şəxslər CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.