Dövlət İmtahan Mərkəzində (DİM) Yoxlama-ölçmə materiallarının işlənməsi departamenti, Test bankı sektorunda aparıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edilib.
DİM-dən RegionTv.info-ya verilən məlumata görə, müraciət etmək istəyən namizədlər aşağıda göstərilən kompüter bilikləri və xüsusi tələblərə uyğun olmalıdırlar:
Struktur bölmə: Yoxlama-ölçmə materiallarının işlənməsi departamenti
Struktur vahid: Test bankı sektoru
Vəzifənin adı: Aparıcı məsləhətçi
Aylıq vəzifə maaşı: 1330 manat
Qulluq funksiyaları:
- Test bankının idarə olunması üçün lazımi proqram təminatlarının hazırlanması və tətbiqi.
Vəzifənin tutulma şərtləri:
- Təhsilə dair tələb: Ali təhsil
- İş stajına dair tələb: Tələb müəyyən edilmir.
Kompüter biliklərinə dair tələblər:
- C#, Java və ya Python dillərindən birini bilməli;
- MS SQL, MySQL və ya PostgreSQL verilənlər bazalarından birini bilməli.
Xüsusi tələblər:
- Proqramlaşdırma dilləri, verilənlər bazası və onların idarəetmə sistemləri, internet/intranet texnologiyaları, lokal kompüter şəbəkələrinin qurulması, servis və tətbiqi proqram təminatlarının yazılması və istismarı;
- Xarici dil biliklərinə dair tələblər: ingilis dili – orta, rus dili – orta.
Vakansiya üçün müraciət etmək istəyənlər öz CV formasını 2022-ci il yanvarın 10-dək [email protected] elektron poçt ünvanına göndərə bilərlər (elektron məktubun mövzu hissəsində "İşə qəbul” sözləri yazılmalıdır).
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
Xəbəri paylaş