Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Veysəloğlu”Nun 35 Min Avro Maaş Alan Əcnəbi “Revizor”U… – Direktor Və Xanımı Hər Ay 30 Min Manat Əmək Haqqı Alır…


Aydın Talıbovun şirkəti  vergidən nə qədər yayınır ? 
Aydın Talıbov ARAZ-da vaxtı keçmiş, köhnə məhsulları OBA-da satdırır…

“Veysəloğlu” Şirkətlər Qrupunun prezidenti  Aydın Talıbovun şəxsən özünün dilindən çıxan məlumatlardan bəlli olur ki, 17 min işçisi var, təkcə  “Araz”  və  “Oba”nın  ikisinin bir yerdə birgünlük müştəri sayı 640 min nəfərə çatır, şəhər və rayonlarda marketlərinin sayı 300-ü keçib, onlarla supermarketlər, minimarketlər, böyük satış anbarları var. 
Bunları Aydın Talıbov öz müsahibəsində deyib. 
Bizim  bu müsahibə ilə bağlı  zaman-zaman Aydın Talıbova suallarımız olacaq. 
O suallara keçməzdən öncə məlumat üçün qeyd edək ki,  Veysəloğlu şirkətlər qrupunun  tərkibində  250 ARAZ  marketi  və  1140 ( ?) OBA marketi  var. Hətta  deyilənə görə, “Favoriti”  də öz nəzarətinə keçirib. 
Aydın  Talıbovun  qardaşı da şirkətdə müavin-vitse prezidetn  postunu tutur. 
Məlumata görə,  Aydın və qardaşı  illər öncə  “Neftçilər”  və  “ 28 May”  metro stansiyalarının ətrafında  “şmotka”  alveri ilə məşğul imiş.  
ARAZ marketlərləri ticarət qrupunun baş direktoru Rəşad adlı şəxsdir. 
Rəşadın həyat yoldaşı  isə  Veysəloğlu Şirkətlər Qrupunun Müşahidə Şurasının 7 üzvündən biridir. 
Baş direktor olan  Rəşad  hər ay  30 min manat maaş alır. Həyat yoldaşı da  eyni miqdarda  əmək haqqı alır. 
OBA  marketlərinin rəhbəri isə  Vüsal  adlı şəxsdir. 
Deməli, bir məsələyə diqqət yetirək. 
Veysəloğlunun sahibi olan Aydın Talıbov insanlara qarşı çox iyrənc bir metoda əl atıb. 
Belə ki, ARAZ  imkanlı şəxslər üçün nəzərdə tutulub, OBA marketləri isə  əsasən  kasıb təbəqənin yaşadığı ərazilərdə  fəaliyyət göstərir. Bu çox iyrənc diskriminasiyadır. 
Ən dəhşətlisi odur ki, ARAZ  marketlərində vaxtı keçmiş, köhnəlmiş məhsullar   OBA-da kasıb əhaliyə satılır.  Kasıb insanların yaşadığı ərazilərdəki  xırda dükanların hamısını Aydın  Talıbov məhv edib. Yəni bu adamın xislətində sanki mərdimazarçılıq var. 
Digər vacib məlumat odur ki,  ARAZ  və OBA marketlərində çalışan  müdirlərin  çoxu orta təhsillidir.  Yəni  Aydın Talıbov  niyə  ali təhsillilərə deyil, orta təhsillilərə  üstünlük verir. İşə isə əsasən 18-35 yaş  həddində olanlar qəbul edilir. Bu özü də əmək məcəlləsinə  ziddir, həm də vətəndaşların hüquqlarını pozur. 
Aydın  Talıbov   hətta  xaricdən  əcnəbi mütəxəssis  gətirərək,  şirkətin işçilərinin üzərinə  nəzarətçi qoyub. 
Belə ki,  ARAZ və OBA marketlərini idarə etmək  və  satışa  nəzarət üçün  xarici vətəndaş  ayda  35 min yevro maaş alaraq bizim vətəndaşlara sanki “nadzor”luq edir. 
Onu da qeyd edək ki, Aydın  Talıbovun  marketlərində qiymətlər çox bahadır  və  son  4 ay ərzində qiymətlər  40 faiz bahalaşıb. 
Yəni ölkə başçısının qəti tapşırığına baxamayaraq  Aydın  Talıbov  qiymətləri süni  şəkildə bahalaşdırıb. 
Deməli,  məlumatlı mənbənin dediyinə görə,  Aydın Talıbovun “yoxlama-təftiş”  üçün  xaricdən dəvət etdiyi  “əcnəbi Revizor”  şirkətdə əməlli-başlı  diskomfort yaradıb, müdirlərin çoxu sancıya, qarınağrısına düşüblər. 
Bəli, bu yazdıqlarımızın hamısı Veysəlinoğlunun  “daxili mətbəxindən”  gələn məlumatlardır. 
Bizim isə  Aydın Talıbova xeyli suallarımız olacaq. 
Zamanı çatdıqca sualları ona ünvanlayacağıq. 
Hələ bu gün üçün sualımız belədir: 
Cənab Aydın Talıbov, əcnəbiyə verdiyin 35 min yevro maaşın neçə faizi mühasibatlıq sənədlərində öz əksini tapır. 
Bu sual eyni zamanda  30 min manat maaş alan direktor Rəşada və onun Müşahidə Şurasının  üzvü olan xanımına da aiddir. 
Ümumiyyətlə, təkcə əmək haqqına görə, vergidən nə qədər yayınırsan ?  
Deyirsən 17000  işçim var. Ən yaxşı halda sübut emək olar ki, hər ay əmək haqqına görə, 2-3 milyon dövlətə ziyan vurursan. 
Digər vacib suallarımız isə qalsın növbəti yazıya.”gundelik-baku.com”


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də