
İməcilikdə idarələr, müəssisələr, təşkilatların rəhbər və kollektivləri, tələbələr iştirak ediblər. Şəhərdə qurumuş otlar biçilib, ağacların dibləri bellənib, suvarılıb, məişət tullantıları toplanıb. İməcilikdə şəhər icra başçısı Niyazi Bayramov da iştirak edib. O, aparılan işlərlə yaxından tanış olaraq müvafiq tapşırıqlar verib.
