Gəncənin Gülüstan qəsəbəsində yerləşən küçədə maşınlar palçıq içində hərəkət edirlər. Bu haqda RegionTV.info-ya 13 dekabr tarixində məlumat daxil olub.
Sözügedən hal qəsəbənin Telman İsmayılov küçəsində müşahidə edilir. Yolun asfalt örtüyü yoxdur. Təqdim olunan fotomaterialda küçə enliliyində gölməçə görünür.
Sakinlərin sözlərinə görə, sürücülər nəqliyyat vasitələrinin sürətini tamamilə azaldaraq hərəkət etməli olurlar. Səbəb avtomobillərin batması və palçığın altında olan çökəkliklərin görünməməsidir.
“Hər dəfə yağış yağanda yolun vəziyyəti bərbad olur. Buradan heç maşınla rahat hərəkət etmək olmur, qaldı piyada” – deyə, sakin bildirib.
Xəbəri paylaş