"Atam erkən yatmışdı, otağa daxil olanda anamla sevgilimi..." - VİDEO
Adı və yaşadığı yeri açıqlamayan gənc qadın sevgilisinin ona anası ilə xəyanət etməsindən bəhs edən video yayımlayıb.
RegionTV RiaTV.az-a istinadən xəbər verir ki, "TikTok" platformasında paylaşılan video günün ən çox müzakirə olunan paylaşımı olub.
Qadın başına gələnləri belə nəql edir: "Sevgilimlə tanış olan zaman onun 21 yaşı var idi. Daha sonra sevgilim davamlı olaraq bizə gəlməyə başladı. Atam, anam, mən və sevgilim birlikdə yemək yeyər, çay içərdik. Atam işlədiyi üçün adətən erkən yatardı. Qab-qacağı isə anamla sevgilim birlikdə yuyardılar. Sən demə aralarında o zamandan səmimiyyət yaranıbmış. Günlərin bir günü yenə atam erkən yatmışdı. Birdən yuxarı mərtəbədəki otaqdan inləmə səsi eşitdim. Otağa daxil olanda anamla sevgilimi öpüşərkən yaxaladım. Həmin an beynimdən vurulmuş kimi oldum".
Baş verənlərin təsirindən çıxmayan qadın daha bir sarsıdıcı xəbər alıb: "Yaşadığım travma səbəbindən dərman qəbul edirdim. Bu zaman onların 8 aylıq münasibəti olduğunu öyrəndim. Dəhşətə gəldim. Anam və sevgilimi yaxaladığım gecənin ertəsi gün atamın iş yerinə gedərək baş verənləri ona danışdım. Baş verənlərin hesabını soruşmaq üçün atamla evə gəldikdə onlar əşyalarını da götürüb çoxdan qaçmışdılar. Bu yaxınlarda anamla sevgilimin evləndiklərini və övlad sahibi olduqlarını öyrəndim".
Qeyd edək ki, qadının başına gələnləri nəql etdiyi video izləyənlərin hiddətinə səbəb olub. Onlar qadına dəstəklərini, anası və sevgilisinə isə təpkilərini ifadə ediblər.