Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

2022-ci ildə 3 manatlıq DÖVRİYYƏYƏ buraxılacaq? – Mərkəzi Bankdan AÇIQLAMA

RegionTV.info
 Bu gün ölkədə iri nominallı pulların xırdalanması ilə bağlı problem yaşanır. Bu baxımdan 3 manatlıq əskinasların tədavülə buraxılması məsələsi yenidən aktuallaşıb. Azərbaycanda faktiki olaraq nominal pul vahidi 1 və 5 manatlıqdır. Xırda kağız pul sarıdan isə çətinlik var.
Əmək haqqı, pensiya və müavinətləri böyük əskinaslarla alan vətəndaşlar onları yalnız iri supermarket və yanacaqdoldurma məntəqələrində xırdalada bilirlər.
Kiçik market və bazarlarda, taksiyə, avtobusa pul verərkən, ödəmə terminllarına pul köçürərəkən, eləcə də digər ödəmələr zamanı 20, 50, 100 manatlıq pulları xırdalamaq mümkün olmur. 
İlk dəfə bu təkliflə Milli Məclisin deputatı Yevda Abramov çıxış etmişdi. O, iri əskinasların xırdalanmasının çətin olduğunu əsas gətirərək,  daha kiçik, konkret isə 3 manatlıq əskinasın buraxılmasına ehtiyac  olduğunu bildirmişdi. 
Ekspertlər isə kiçik biznes üçün yalnız 1 manatlıq əskinaslar deyil, həm də 2 və 3 manatlıq pul vahidlərinin də dövriyyədə olmasını məqsədəuyğun hesab edirlər. 
Söyləntilərə görə növbəti ildə 3 manatlıq  əskinaslar çap ediləcək və istifadəyə buraxılacaq.  
MÖVZU İLƏ BAĞLI: Elman Rüstəmov: “Manata necə əmr etmək olar, o azaddır!”
Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Mərkəzi Bankın mətbuat katibi Namiq Əliyev sözügedən məsələnin gündəmdə olmadığını deyib.
Onun sözlərinə görə Mərkəzi Bank pul dövriyyəsi və istehlak bazarında tələbə uyğun olaraq, əskinasların dövriyyəsini tənzimləyir. Əskinasların kuporları, yəni onların göstəriciləri də pul dövriyyəsində tələbə uyğun olaraq tənzimlənir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də