5 övladı olan İ.Teymurov hadisədən bir gün əvvəl ailə üzvləri ilə birlikdə oğlunun istədiyi qızın evinə elçiliyə gedib. Elçilik məclisində qarşı tərəf qızı İ.Teymurovun oğluna verməyə razı olub və "həri" baş tutub.
Bundan sonra İ.Teymurovun Rusiyada yaşayan yaxın qohumu ona zəng edərək onun oğlunun həmin qızla evlənməsinə qarşı olduğunu, bu izdivaca imkan verməyəcəyini, əgər onlar evlənərsə İ.Teymurovla qohumluqdan imtina edəcəyini bildirib.
İ.Teymurov isə oğluna həyətdəki sitrus meyvələrini satmasını və toya hazırlaşmağa başlamasını deyib. Lakin həmin qohum təkidlə onlardan həmin qızı evə gəlin gətirməməyi tələb edib, əks halda onlardan üz döndərəcəyini deyib.
Bundan sonra İ.Teymurov tüfəngini götürərək kəndin yaxınlığındakı meşəyə gedib. Orada qardaşı oğlu ilə rastlaşdığından o, meşədə intihar etmək niyyətini həyata keçirə bilməyib.
Daha sonra yaşadığı evə gələn 52 yaşlı kişi evin zirzəmisinə girərək tüfəngi çənə nahiyəsinə dirəyib və atəş açıb.
O, aldığı xəsarətlərdən yerindəcə ölüb.
Faktla bağlı araşdırmalar aparılır.