Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycan regionun bütün istiqamətlər üzrə aparıcı ölkəsi səviyyəsinə yüksəldi. Məhz, bu gün Ümummilli Liderin...

RegionTV.info BƏRDƏ
Müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin əbədiyyətə qovuşmasının növbəti ildönümü yaxınlaşır. Özünün dediyi kimi “ömrümün qalan hissəsini də xalqıma bağışlayıram”, bu böyük məna ifadə edən şüar Ulu Öndərin təkcə vətən və xalq sevgisini təcəssüm etdirmir, həm də ömrüboyu Azərbaycan naminə fasiləsiz göstərilən lider əməyini təsdiq edir.


90-cı illərin təlatümlü dövrləri, erməni işğalı, daxili hərc-mərclik, xarici təzyiqlər və daha nə acı, fəlakətlərin şahidi olduq. Heydər Əliyevin belə bir zamanda Azərbaycanda idarəçiliyi öz üzərinə götürməsi tarixi məsuliyyət, fədakarlıq idi. Vətəndaş müharibəsinin qarşısının alınması, separatizmin kökünün kəsilməsi, mənfur düşmənin işğal yürüşünün qarşısının alınması böyük zəka, yüksək idarəçilik təcrübəsi və ən nəhayət prinsipiallıq tələb edirdi. Bir xalqı bu cür fəlakətlərdən ancaq və ancaq Heydər Əliyev dühası xilas edə bilərdi və etdi də. Azərbaycan regionun bütün istiqamətlər üzrə aparıcı ölkəsi səviyyəsinə yüksəldi. Məhz, bu gün Ümummilli Liderin daxili və xarici siyasətinin təməllərinin sağlam dayaqlar üzərində qurulmasıdır ki, Azərbaycan böyük nailiyyətlərə imza atır. Təbii ki, ən böyük nailiyyətimiz 30 ilə yaxın işğal altında olan müqəddəs torpaqlarımızın azad edilməsidir. Məhz o böyük dühanın sağlam qoyduğu dövlət siyasətinin qüsursuz olaraq, prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilməsidir.
Ali baş komandanımız İlham Əliyevin rəşadətli ordumuz tərəfindən Şuşanın azad edilməsindən sonra Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etməsi “Ata, vəsiyyətin yerinə yetirildi, Şuşa azaddır, Qarabağ Azərbaycandır”şəklində fikrini ifadə etməsi dövlət başçısı kimi ona etibar edilmiş vəzifəsinin layiqincə yerinə yetirilməsinin Ümummilli Lider qarşısında bəyanıdır.
Bu gün Ümummilli Liderimizin ruhu şaddır, məhz ona görə ki, onun Qarabağın azadlığı uğrunda, ərazi bütövlüyümüzün təmin edilməsi istiqamətində mübarizəsini prezident İlham Əliyev, rəşadətli Azərbaycan ordusu böyük qələbə ilə nəticələndirdi.
Ümummilli liderin həyatı, keçdiyi tarixi yol hər bir Azərbaycan gəncinə, yeniyetməsinə, uşaqlarımıza Azərbaycançılıq dəyərlərinə sahib olmaq üçün əvəzsiz nümunədir. Müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın lideri olaraq Heydər Əliyevin xatirəsi biz və gələcək nəsillər üçün daim əziz tutulacaq. Ümummilli liderimizin əbədiyyətə qovuşmasının növbəti ildönümündə hörmət və ehtiramla yad edərək Azərbaycanımızın sabahının daha da parlaq və yüksəlişdə qərar tutacağına əminliyimi bildirirəm.
Leyla Məmmədova 
Bərdə şəhər 10-saylı uşaq baxçasının müdirəsi


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də