“Qüdrətli Azəbaycanın davamlı inkişafında Ulu Öndər Heydər Əliyev siyasətinin rolu və gənclər arasında Azərbaycançılıq məfkurəsinin təbliği” mövzusunda Kəlbəcər rayon İcra Hakimiyyətində tədbir keçirilib.
Dekabrın 10-da Kəlbəcər rayon İcra Hakimiyyətinin və YAP Kəlbəcər rayon təşkilatını birgə təşkilatçılığı ilə “Qüdrətli Azəbaycanın davamlı inkişafında Ulu Öndər Heydər Əliyev siyasətinin rolu və gənclər arasında Azərbaycançılıq məfkurəsinin təbliği” mövzusunda tədbir keçirilib.
Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən ziyalılar və partiyanın fəal gəncləri iştirak edib.Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad ediblər.
Daha sonra tədbirdə çıxış edən Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Ulu Öndər Heydər Əliyevin tarixi misilsiz xidmətlərindən danışıb. Rayon rəhbəri bildirib ki, həm sovetlər dönəmində, həm də müstəqillik illərində ümummilli liderimiz Heydər Əliyev xalqımızın və respublikamızın inkişafı, tərəqqisi naminə ölçüyəgəlməz xidmətləri olub.
Eyni zamanda Azər Qocayev qeyd edib ki, Prezident cənab İlham Əliyevin liderliyi ilə Heydər Əliyev siyasəti ölkəmizdə uğurla davam etdirilir. Bu siyasət davamlı olaraq Azərbaycana nailiyyətlər qazandırır.
İctimai-siyasi və humanita məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Heydər Bəylərov Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məruzə ilə çıxış edərək, Ümumilli liderin zəngin idarəçilik məktəbindən danışıb.
Daha sonra çıxış edən natiqlər, YAP Kəlbəcər rayon təşkilatının Aparat rəhbəri Qənaət Əsgərov, YAP Kəlbəcər rayon təşkilatı Gənclər Birliyinin sədri Hikmət Bağırov və digərləri Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsindən, uzaqgörən, müdirik dövlətçilik ənənəsindən və Azərbaycançılıq məfkurəsindən söz açaraq Heydər Əliyev siyasətinin gənc nəsil tərəfindən öyrənilməsinin vacibliyini qeyd ediblər.Bildirilib ki, Ümumilli liderimiz Heydər Əliyevin zəngin siyasi irsi bu gün möhtərəm prezidentimiz İlham Əliyev cənabları tərəfindən müasir dövrün tələblərinə uyğun olaraq həyata keçirilir və bu siyasi kurs ölkəmizi qələbələrə doğru aparır.
Tədbirin sonunda mükafatlandırma mərasimi olub, rayonun ictimai-siyasi həyatında fərqlənən, bir qrup şəxsə Kəlbəcər rayon İcra Hakimiyyətinin təşəkkürnamələri təqdim edilib.