
Gəncəli məktəblilər “STEAM Azərbaycan Festivalı 2021″in qalibi olublar. Bu haqda Gəncə şəhər Təhsil idarəsi məlumat paylaşıb.
Gəncə şəhər M.Ə.Sabir adına 5 nömrəli tam orta məktəbin komandası birinci yerə çıxıb. 26 nömrəli məktəb-liseyin komandası və fizika-riyaziyyat, informatika təmayüllü liseyin komandası isə üçüncü yerə layiq görülüblər. Tədbir Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi ilə təşkil edilib.
Qeyd edək ki, festivalda Gəncənin beş məktəbindən 18 şagird iştirak edib.


