“Cənubi Qafqaz və Orta Asiya türk bayrağını başları üstünə qaldırdanda nə təhdid, nə də sanksiyalar yolu ilə Türkiyəni bu bölgələrdən çıxarmaq mümkün olacaq”.
RiAtv.az xəbər verir ki, bu barədə Rusiyanın TASS xəbər agentliyində dərc olunan təhlildə bildirilib.
Təhlildə Türkiyə istehsalı “Bayraktar TB2” PUA-larına diqqət çəkilib.
Nəşr türk dronlarının indi dünyanın hərbi texnologiyası sahəsində aparıcı rol oynayır: “Ankara zamanın ruhunu tutdu və bunu dünyaya uca səslə çatdırdı”.
Agentlik türk PUA-ların 44 günlük Qarabağ müharibəsindəki önəminə də diqqət çəkib:
“Qarabağdakı müharibənin gedişatını dəyişən türk pilotsuz təyyarələrinin dünyaya təqdim olunması üçün Ankara əla piar oldu. Bu onu göstərdi ki, indi üçüncü tərəf birbaşa münaqişədə iştirak etmədən iştirakçıya effektiv şəkildə kömək edə bilər. Belə ki, Qarabağdakı “Baraktar”lar əsas personajlara çevrildilər”.
TASS türk dronlarının ehtimal olunan Ukrayna-Rusiya savaşının gedişatını da dəyişə biləcəyini yazıb:
“Ukrayna oktyabr ayında “Bayraktar”ları münaqişə bölgəsində istifadə etdi. Moskva və Kiyev arasında artan gərginlik kontekstində bu presedent vacibdir. Ankara və Kiyev arasında müqavilə məsələsi fəal müzakirə olunmağa başlayanda Rusiya buna kəskin reaksiya verdi, Ankaranı münaqişə zonasındakı vəziyyətə təsir göstərmək cəhdində ittiham etdi. Amma Türkiyə qəti şəkildə bildirdi ki, bu sadəcə biznesdir, onu almaq istəyən hər kəsə satacaq. “Blumberq”in məlumatına görə, 2019-cu ildən etibarən Kiyev Türkiyədən onlarla pilotsuz təyyarə alıb və yenilərini qəbul etməyə hazırlaşır. Məşhur yapon əsilli amerikalı politoloq Frensis Fukuyama türk pilotsuz təyyarələrinin oradakı oyun qaydalarını dəyişə biləcəyini deyib”.
TASS Türkiyənin Cənubi Qafqaz və Orta Asiyada təsir və nüfuz dairəsini genişləndirdiyinə də diqqət çəkib:
“Qafqaz və Orta Asiya türk bayrağını başları üstünə qaldıranda Türkiyəni nə sanksiyalar, nə də təhdidlər yolu ilə bölgədən çıxmağa məcbur etmək mümkün olacaq”. / teleqraf.com
Xəbəri paylaş