Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda sürücü cərimə üstündə yol polisi ilə əlbəyaxa oldu - FOTO

Bakıda sürücü cərimə üstündə yol polisi ilə əlbəyaxa oldu  - FOTO






Dünən saat 12:30 radələrində Cavadxan küçəsində (Memar Əcəmi metrosu yaxınlığında) 90 XO 064 dövlət nömrə nişanlı, "BMW" markalı avtomobilin sürücüsü yol ayrıcının keçilməsi qaydalarını pozur. Avtosfer.az xəbər verir ki, yol polisləri sürücünü saxlayaraq barəsində protokol tərtib edirlər. Araşdırma zamanı məlum olur ki, sürücü Əliyev Vasif Gülağa oğlunun çoxlu sayda ödənməmiş cəriməsi var. Yol polisləri cəriməni yerində ödəməsini və hərəkətinə davam etməsini sürücüyə təklif edirlər. Əks halda avtomobilin duracağa yerləşdiriləcəyi barədə xəbərdarlıq olunur. Sürücü əvvəlcə təkliflə razılaşır. Lakin az sonra nalayiq ifadələr işlədərək ətrafdakıların diqqətini cəlb etməyə çalışır. Eyni zamanda onu qanunun tələblərinə riayət etməyə çağıran polis əməkdaşlarına qarşı kobudluq edir. Əraziyə dəvət olunan Post Patrul Xidməti əməkdaşları aidiyyəti üzrə sürücünü 19-cu polis bölməsinə aparırlar. Onun barəsində toplanmış materiallar Nəsimi rayon məhkəməsinə təqdim edilib. Məhkəmənin qərarı ilə sürücü Vasif Əliyev 10 gün müddətində inzibati qaydada həbs olunub.
Fərid




FOTO QALEREYA

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də