Bakıdakı bu binada 3-CÜ İNTİHAR: Daha bir qadın özünü atdı - VİDEO
"Akkord"un Bakıxanov yaşayış kompleksindəki 5-ci binada qadın özünü yaşadığı binadan ataraq intihar edib.
RegionRV.info xəbər verir ki, bu barədə jurnalist Fərahim İlqaroğlu məlumat verib. O qeyd edib ki, bu hal son 3 ayda 3-cü dəfə baş verib:
"Son 3 ayda 3 nəfər bu kompleksdəki mənzilindən özünü ataraq intihar edib. Az qalsın anamın başına düşəcəkmiş, saniyə söhbəti olub. Allah rəhmət eləsin!".
Qeyd edək ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qadının meyiti məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.