"Qarabağ" klubu İsveçrədə "Bazel"ə qarşı keçirdiyi UEFA Konfrans Liqasının qrup oyununda haqsızlıqla üzləşib.
Regiontv.info xəbər verir ki, təmsilçimiz matçın 2-ci dəqiqəsində qol vursa da, hakim bunu görməzdən gəlib.
İbrahima Vadjinin ötürməsindən sonra Abdullah Zubirin vurduğu təmiz qol qeydə alınmayıb.
Qeyd edək ki, oyunu idarə edən xorvatiyalı baş hakim Fran Yoviçin ədalətsiz qərarı "gözlərinin tutulması" təəssüratını yaradıb.
Məlumat üçün bildirək ki, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv H qrupundakı altıncı sınağında İsveçrə "Bazel"inə 0:3 hesabı ilə məğlub olub.
[media=https://youtu.be/NnxLyLQ_x-0]