Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Qubada yeni inşa olunan Mədəniyyət Evində yaradılan şəraitlə tanış olublar
Tarix: 7-12-2021, 22:00 Xəbərə baxış: 75
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 6-da Quba rayonuna səfər ediblər.RegionTV.info-nun məlumatına görə, Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Heydər Əliyev Fondu tərəfindən Qonaqkənd qəsəbəsində yeni inşa olunan Mədəniyyət Evində yaradılan şəraitlə tanış olublar.