Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Helikopter qəzasında şəhid olanların ailəsinə 11 min manat veriləcək

Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində şəhid olan hərbçilərin vərəsələrinə birdəfəlik 11 min manat sığorta ödənişi nəzərdə tutulur.
RegionTV.info xəbər verir ki, bunu Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin İcraçı direktoru Elmar Mirsalayev jurnalistlər açıqlamasında deyib.
O qeyd edib ki, qəza zamanı xəsarət almış hərbçilərimizin əlillik dərəcəsinə uyğun sığorta ödənişləri nəzərdə tutulur:
"Birinci əllillik dərəcəsinə 8800 manat, ikinci əlillik dərəcəsinə 6600 manat və üçüncü əlillik dərəcəsinə 4400 manat birdəfəlik sığorta ödənişləri nəzərdə tutulur. Əgər əllik yoxdursa xəsarət varsa, xəsarət iki kateqoriyadan ibarətdir. Ağır xəsarətə görə 2750 manat birdəfəlik sığorta ödənişi, yüngün xəsarətə görə 550 manat birdəfəlik sığorta ödənişi nəzərdə tutulur. Bu ödənişlər Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən həyata keçirilir", - deyə E.Mirsalayev bildirib.
Xatırladaq ki, noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Hadisə nəticəsində 14 nəfər şəhid olub, 2 nəfər yaralanıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də