
Rial tarixdə ən aşağı mübadilə səviyyəsinə çatıb.
Dünən İranın paytaxtı Tehrandakı banklarda və ümumiyyətlə, İranın valyuta baxarında 1 ABŞ dolları 30600 tümənə satılıb. Bu isə İran rialının tarixində ən aşağı kurs sayılır.
RegionTV.info bildirir ki, İranda valyutalarla bağlı məlumat verən "Bonbəst" saytının məlumatına əsasən, bir İngilis funt-sterlinqi rial qarşısında 40 min 320 tümənə dəyişdirilib.
1 Azərbaycan manatı isə hazırda İranda 18010 tüməndir ki, bu da rekord göstəricidir.

Rialın devalvasiyası istehlakçıların alıcılıq qabiliyyətinin azalmasına və idxal olunan malların qiymətinin artmasına səbəb olur.
Sonucda İranda onsuz da yüksək səviyyədə olan inflyasiyanın hiperinflyasiyaya çevrilmək təhlükəsinin reallaşması istisna edilmir.