
RegionTV.info bildirir ki, bu barədə şəhər ictimai təhlükəsizlik idarəsi xəbər verib.
Məlumata əsasən, 12 nəfər xəsarət alıb. Bildirilib ki, xəsarət alanlar Mexiko şəhərinin şimalındakı Qvadalupe Məryəm Bazilikasına gedən zəvvarlar olub. Onlar sınıq və kəllə-beyin travması ilə xəstəxanalara çatdırılıblar.
Onların vəziyyəti ilə bağlı məlumat verilməyib.
Hakimiyyət nümayəndələri avtomobilin sürücüsünü və onunla birlikdə olan sərnişini saxlayıblar.