RegionTV.info
İl mərasimində Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, RİH-in məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin doğmaları, qazilər və rayon ictimaiyyəti iştirakı edib. Əvvəlcə Vətən müharibəsi şəhidi Qabilov İsmayıl Əli oğlunun Göygöl rayon Şəhidlər xiyabanında məzarı ziyarət edilərək məzarı önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub, daha sonra rayon rəhbərliyi il mərasiminə qatəlaraq şəhidin ailə üzvləri ilə görüşüb.
Kəlbəcər RİH başçısı Azər Qocayev dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərimizə olan diqqət və qayğısından söz açaraq ailənin qayğıları ilə maraqlanıb, 44 günlük şərəfli zəfər tarixmizə nəzər salaraq şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan bəhs edib. Şəhidin ailə üzvləri onlara göstərilən diqqətə görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Qabilov İsmayıl Əli oğlu 1983-cı il iyul 15-də Kəlbəcər rayon Mozqaraçanlı kəndində anadan olub. İsmayıl Qabilov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Uzun müddət sonar dekabrın 4–də nəşi tapılıb. Dekabrın 5-də Göygöl rayon Şəhidlər xiyabında dəfn olunub. Şəhid Qabilov İsmayıl 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" və “Kəlbəcərin azad olunmasına görə”medalları ilə təltif olunub. Mərasimdə bütün şəhidlərin ruhuna dualar oxunub, xatirələri ehtiramla anılıb. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.