
Şəmkirdə məktəbdə yanğın olub.
Hadisə rayondakı Cahangir Rüstəmov adına tam orta məktəbdə qeydə alınıb. Orta məktəbdə elektrik naqillərində baş verən qısaqapanmadan yanğın hadisəsi baş verib.
Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən briqadası və canlı qüvvəsi cəlb olunub. Alovun qarşısı tez bir zamanda alınıb. Şagirdlər təxliyə edilib.
Məlumata görə, yanğın sinif otağındakı elektrik qızdırıcısından qaynaqlanıb.