
RegionTV.info xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova şəhid hərbçilərin xatirəsinin yad edilməsini təklif edib:
"Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri qəzaya uğrayıb. Qəza nətciəsində 14 hərbi qulluqçumuz həlak olub. Təklif edirəm ki, həlak olan hərbi qulluqçuların xatirəsi 1 dəqiqəlik sükutla yad edilsin", - spiker bildirib.
Daha sonra şəhid hərbi qulluqçuların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.