Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bu dəbilqə telefon zənglərini qəbul edir

RegionTV.info
Huawei şirkəti Helmetphone BH51M Neo Smart Helmet adlı smart dəbilqəni təqdim edib. Onun vasitəsilə istifadəçi telefon zənglərini reallaşdıra bilə və yolda olan zaman digər insanları bu və ya digər tərəfə dönmə məqsədi barəsində məlumatlandıra bilər. Sözügedən smart dəbilqə velosiped, samokat, skeyt, diyircəkli konkilər, moped və s. kimi nəqliyyat vasitələrində səyahət zamanı istifadə üçün uyğundur. Smart dəbilqə Huawei şirkətinin HarmonyOS əməliyyat sistemi vasitəsilə çalışır və smartfona Bluetooth üzərindən qoşulur. Dəbilqəyə inteqrasiya edilmiş səsgücləndiricilər və mikrofon vasitəsilə istifadəçi daxil olan zənglərə cavab verə və musiqi dinləyə bilər.Smart dəbilqənin həm arxa həm də ön tərəfində diod işıqları mövcuddur. Həmin diod işıqları istifadəçini digər insanlar tərəfindən görməyə imkan verirlər. Dəbilqə qravitasiya sürətlənməsi sensoru ilə birlikdə çalşır. Məsələn istifadəçi nəqliyyat vasitəsində əyləc prosesini reallaşdıran zaman dəbilqənin diod işıqları yanmağa başlayırlar. İstifadəçi nəqliyyat vasitəsilə hər hansı istiqamətə dönən zaman isə dəbilqə müvafiq siqnalı ətrafdakılar üçün əks etdirir. Dəbilqənin bütün funksiyalarının ayarlanmasını və onun enerji səviyyəsinin izlənməsini xüsusi mobil tətbiqdə reallaşdırmaq olar. Sözügedən smart dəbilqə Çində artıq satışa çıxıb və 125$ qiymətində satılır. Onun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də