Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Tam peyvənd olunmuş şəxsdə "omikron" ştammı aşkar edilib

Yohannesburqda omikron koronavirusa yoluxmuş Yunanıstan vətəndaşı COVID-19-a qarşı tam peyvənd olunmuşdur.
RegionTV.info yerli KİV-lərə istinadən xəbər verir ki, Səhiyyə naziri Thanos Pleuris və EODY Milli İctimai Səhiyyə Təşkilatının rəhbəri Teoklis Zautis ölkədə ilk dəfə omiron ştammına yoluxma halının aşkar edildiyini təsdiqləyib. Noyabrın 26-da Cənubi Afrikadan Kritə gələn 60 yaşlı iş adamı hazırda karantindədir.
Onun hava limanında verdiyi ekspress testin mənfi olduğu bildirilir. Ancaq ertəsi gün yüngül simptomlar müşahidə olunmağa başlayıb. Gündəlik ekspress testlər verən şəxsdə noyabrın 29-da cavab müsbət çıxıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də