
RegionTV.info bildirir ki, rəsmi statistikaya görə, sutka ərzində ölkədə yoluxanların sayı 11 535 nəfərə çatıb, halbuki dekabrın 1-də 8 561, noyabrın 30-da isə 4 373 yoluxma halı qeydə alınmışdır.
CAR Milli Yoluxucu Xəstəliklər İnstitutu bildirib ki, test vermiş insanlarda pozitiv cavabların nisbəti 22,4 faiz təşkil edib. Noyabrın əvvəlində bu göstərici 1 faizə bərabər idi.
Mütəxəssislər qeyd edir ki, bu ölkədə indiyədək müşahidə olunmuş ən böyük templə yayılan ştammdır. Hazırki göstəricilər daha əvvəl qeydə alınan "delta" ştammıyla bağlı rəqəmləri üstələyib.