Fransa polisi 1994-cü ildə törədilmiş qətlin üstünü təsadüfən açıb.
RegionTV.info xəbər verir ki, Renn şəhərində yaşayan qadın ərinin zorakı hərəkətlərindən polisə şikayət edib.
Polis araşdırmadan sonra ondan barmaq izləri və DNT nümunəsi götürüb. İçin əsası bundan sonra başlayıb.
Analiz nəticəsində məlum olub ki, onun DNT nümunəsi 1994-cü ildə öldürülmüş məktəbli qızın meyiti üzərində tapılanlarla tam eynidir. Dindirmə zamanı o, məsələni etiraf edib.
Xəbəri paylaş