Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyası məsələsində irəliləyişə nail olmaq lazımdır.
RegionTV.info bildirir ki, bunu Niderlandın xarici işlər naziri Ben Knalen ATƏT üzv ölkələrinin xarici işlər nazirlərinin görüşü zamanı deyib.
Onun sözlərinə görə, sərhəddə bir müddət əvvəl baş vermiş toqquşmalar narahatlıq doğurur və bir sıra həll olunmamış məqamların qaldığını göstərir.
"Bu, həm də iki ölkə arasında sərhədin delimitasiyası və demarkasiyası məsələsidir. Bu məsələdə irəliləyişə nail olmaq lazımdır", - deyə nazir bildirib.
Xəbəri paylaş