Azərbaycan Dövlət Aqrar Universitetində fəaliyyət göstərən türkiyəli professor Türkiyənin mötəbər elmi mükafatına layiq görülüb. Bu haqda 30 noyabr tarixində universitet məlumat paylaşıb.
Türkiye Bilimsel ve Teknik Araştırma Kurumu (TÜBİTAK) tərəfindən hər il elmi və texnoloji sahələrdə “TÜBİTAK Elm, Üstün xidmət və Təşviq Mükafatları” verilir. Bu il Elm Mükafatı ilə təltif olunan 3 nəfərdən biri ADAU-da ezamiyyətdə olan Ege Universitetinin professoru Jalə Yanık olub. O, “Enerji və yanacaq sahəsində tullantı və qalıqlardan istilik prosesləri ilə, qatı yanacaq, bio-yağ, hidrogen və adsorbent istehsalı üzrə yüksək keyfiyyətli beynəlxalq tədqiqatlara görə” bu elmi ada layiq görülüb.
ADAU-nun rektoru İbrahim Cəfərov professoru bu münasibətlə təbrik edib və gələcək işlərində uğurlar arzulayıb.