Ermənistan ordusundan hərbi qənimət kimi götürələn texnikalar, silah-sursat artıq Azərbaycan Ordusunun istifadəsinə verilib".
Bunu müdafiə sənayesi naziri Mədət Quliyev deyib. "Ordumuzun çevik, sürətli hücumu nəticəsində erməni əsgərləri teknikaları işlək vəziyyətdə qoyaraq qaçıblar. Həmin çoxlu sayda teknikalar, silah-sursatlar Müdafiə Nazirliyi ilə birgə təmir edilib və Azərbaycan Ordusunun istifadəsinə verilib", - deyə Quliyev əlavə edib. Nazir bildirib ki, müqavilələrin çoxu məxfi olduğundan bununla bağlı məlumat verə bilmir. "Müdafiə Sənayesi Nazirliyi ilə inkişaf etmiş dövlətlər arasında müqavilələr var. Prezident İlham Əliyev 2050-ci ilə qədər istifadə oluna biləcək silahların üstündə işləməklə bağlı tapşırıq verib. Silah arsenalımız ən yeni, müasir silahlarla təchiz olunur", - deyə o əlavə edib (Ria.az)