Gəncəni təmsil edən “Kəpəz” futbol klubu “Zirə-2” ilə heç-heçə oynayıb.
Oyun Gəncə şəhər stadionunda keçirilib. Matç Azərbaycan Birinci Divizionunun 10-cu tur çərçivəsində baş tutub.
Görüşün ilk qolunu “Kəpəz”in futbolçusu Emil Qasımov vurub. Oyun zamanı Gəncəlilər iki top buraxaraq hesabda geri düşsələrdə Nicat Süleymanov cərimə zərbəsindən baxımlı qola imza atıb.
Ötən turda “Kəpəz” 4-1 hesabı ilə “Səbail-2” üzərində inamlı qələbə qazanmışdır. Komanda xalların sayını 17-yə yüksəldib. Gəncəlilərin məğlubiyyətsizlik seriyası davam edir.
Xəbəri paylaş