Peruda qazıntılar aparan arxeoloqlar gözlənilməz tapıntı ilə üzləşiblər.
RegionTV xəbər verir ki, onlar torpağın altından əlləri və bədəni iplərlə bağlanmış mumiya tapıblar. Məlumata görə, mumiyanın 1200 yaşı olduğu deyilir. Onun cinsini hələlik müəyyən etmək olmayıb.
Mumiyanın niyə bu formada dəfn olunduğu suallar yaradır. Məlumata görə, mumiyanın dəfn olunduğu ərazidə bir sıra əşyalar da tapılıb. Ehtimallara görə, tapılan cəsəd məşhur şəxsə aiddir.
Xəbəri paylaş