Dekabrın 1-də axşam saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb.
RegionTV xəbər verir ki, ən çox qar Qubanın Qrız və Qusarın Ləzə kəndlərində qeydə alınıb. Bu ərazilərdə qarın hündürlüyü 30 santimetrə çatır.
Qubanın Xınalıq kəndində 25, Xaltanda 10, Qusarın Həzrə kəndində 4, Xızının Altıağac qəsəbəsində isə 7 santimetr hündürlüyündə qar var.
Qubanın rayon mərkəzində isə qarın hündürlüyü 1 sm-ə çatıb.
Temperatur mənfi 7 dərəcəyədək aşağı düşüb.