Bakıda rəis keçmiş işçisini kabinetində döydü FOTO
"Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin rəisi Səftər İsmayılov keçmiş mühasibini otağında döyüb.
Bu barədə hadisədə zərəçəkən Kamil Hüseynovun Qaynarinfo-ya müraciətində bildirilir. O bildirib ki, "Avtomobil Yollarının Mühafizə Xidməti” MMC yarandığı gündən orada ağır çəkili nəqliyyat vasitələrinə nəzarət şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışıb:
"MMC-nin nəzdində olan Tərəzi Nəzarət Məntəqələrinin baş mütəxəssisi idim. İdarə rəhbərliyinin göstərişi ilə, bir neçə ay bundan əvvəl işə gəlmədiyim üçün ağır maddə ilə vəzifəmdən kənarlaşdırıldım”.
K.Hüseynov 9 ildir çalışdığı MMC-dən ağır maddə ilə qovulduğunu və keçmiş rəhbərliyin ondan 101 min manat vəsait tələb etdiyini iddia edib:
"Bu hadisə ilə bağlı MMC rəhbərliyindən bir sıra dövlət qurumlarına şikayət ünvanlamışam. Günahsız olduğumu bildirmişəm”.