RegionTV.info
26 noyabr 2021 ci il tarixdə Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Rusiyanın Soçi şəhərində üçtərəfliü görüş keçirildi, Azərbaycan Raspublikasının Prezidenti İlham Əliyev,Rusiyanın Prezidenti Vladimir Putin və Ermənistanın Prezidenti Nikol Paşinyan.Görüş 9 noyabr 2020 ci il tarixdə üçtərəfli imzalanan bəyanatın davamı olaraq keçirildi.Bakı və Moskva ümumi regional yanaşmaya malikdir,liderlər arasında qarşılıqlı etimad ,dostluq və anlaşma mövcuddur.Ümumilikdə,iki ölkə arasında strateji tərəfdaşlıq və yeni inkişaf mərhələsinə qədəm qoyur. Azərbaycan və Rusiya Liderləri arasındakı dostluq hər iki dövlət başçısının açıq və səmimi siyasət yürtməsinə əsaslanır.Bunun fonunda N.Paşinyanın cılız və riyakar addımları Moskvanı qıcıqlandırır.. -Zəngəzur dəhlizinin reallaşmasına xidmət edən diplomatik uğur. Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, biz Zəngəzur dəhlizinin açacağıq --istər danışıqlarla ,istərsə də güc yolu ilə .16 noyabr təxribatına verilən layiqli cavabdan sonra Ermənistanı güzəştə məcbur edəcək yeni reallıqlar ortaya çıxıb və Soçi görüşünün ,həm rəsmi,həm də qapalı hissəsində Azərbaycanın əldə etdiyi diplomatik nailiyyətlər göstərir ki, biz Zəngəzur dəhlizinin açılmasına doğru gedirik.Rusiya fedarasiyası Prezidenti V.Putinin çıxışında “nəqliyyat dəhlizi”ni xatırlatması ,imzalanmış sənədin “dəmir yolu və nəqliyyat əlaqələrinin açılmasına “ dair bəndləri Zəngəzur dəhlizindən xəbər verir.Zəngəzur dəhlizin tarixi-iqtisadi əhəmiyyəti tək nə Rusiya ,Azərbaycan ,Türkiyə üçün deyil Ermənistan üçün də böyük iqtisadi əhəmiyyəti vardır.Regionda Şərq-Qərb,Şimal -Cənub qapısı kimi böyük strateji əhəmiyyət kəsb edir.Azərbaycan hər bir qonşu dövlətlə yaxın münasibət ,siyasi-iqtisadi əlaqələrin normal ,qarşılıqlı mehribanlıq şəraitində saxlayır.Heçbir dövlətin ərazisində gözü yoxdur.Bu üç tərəfli görüşdə Azərbaycan qalib ölkə kimi iştirak edir.Ona görə də irəli sürülən məsələılər ancaq Azərbaycanın razlığı və maraqları naminə olmalıdır.Bəli məğlub Ermənistan hələ də bu günə qədər çirkin niyyətlərinn üstündə dayanaraq Minalanmış ərazilərin Xəritələrini Azərbaycana vermək niyyətində olmadığını bir daha ortaya qoyur,sükutla keçir üstündən. - Mina xəritələrinin müzakirə olunması Azərbaycanın uğurudur. Soçidə humanitar məsələlərdə də irəliləyiş əldə olunub.Bağlı qapılar arxasında aparılan danışıqlardan sonra mina problemi və ermənilərin indiyədək imtina etdiyi “mina xəritələri”məsələsində də müsbət irəliləyiş olacaq. Artıq Ermənistan anlamalıdır ki, qarşısında Qalib Azərbaycan Ordusu var və” Dəmir Yumruq” yerindədir. 30 il işğal altında saxladığı əraziləri , çox ustalıqla və arxayın qurduğu yeraltı tunelləri ,keçilməz istehkamları Azərbaycan Ordusu 44 gündə məhv elədi,darma dağı etdi. -- Səmərəsiz sabotaj cəhdləri. Prosesə Qərbi cəlb etmək üçün vaxt qazanmaq məqsədi ilə 9 noyabr görüşünü sabotaj edən Paşinyan,Soçi görüşü ərəfəsində də eyni addım atdı..Onun onlayn mətbuat konfrasında səsləndirdiyi destruktiv ,şovinist fikirlər Soçi danışıqlarının nəticəsiz qalmasına yönəlmiş təxribat idi, və bu, şəxsən Putinin vasitəçiliyinə qarşı hörmətsizlik idi. Amma Paşinyanın sabotaj cəhdi baş tutmadı və Soçidə o güzəştə getməyə məcbur oldu. -Rəsmi İrəvan etibarsız tərəfdaşdır. Ermənistan növbəti dəfə Rusiyaya nümayiş etdirdi ki . öz strateji tərəfdaşına qarşı satqınlıq və riyakarlıq siyasətini davam etdirir .Onun Şarl Mişelə çağrışları və Avropa vasitəçiliyini gündəmə gətirməsi Moskvaya növbəti siqnal oldu.Paşinyanın ABŞ-ın təşkil etdiyi “demokratiya sammiti”nə dəvət aiması ilə lovğalanması da Moskvanın diqqətindən yayınmayacaq.Çünki bu sammit “ soyuq müharibə”dən sonra Rusiyaya qarşı yaradılan yeni koalisyadır və bu koalisyada yer alan yeganə KTMT və Avrasiya ittifaqı üzvü Ermənistandır. KTMT -nin üzvü olan dövlətlərin də Ermənistana olan soyuq münasibəti məhz Ermənistanın apardığı yanlış siyasətin nəticəsidir. Azərbaycanın aprdığı ədalətli Vətən müharibəsində də Ermənistan çox vasitələrə əl atdı ki KTMT üzvü olan dövlətləri Azərbaycana qarşı müharibəyə cəlb etsin ancaq bütün cəhdləri boşa şıxdı. Azərbaycan haqq mübarizəsini bütün sahələrdə Zəfərlə başa vurdu qısa bir müddətdə. - Soçi görüşü Azərbaycanın növbəti diplomatik dələbəsidir. Soçidə imzalanmış sənəddə “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinə rast gəlinmir.Bu , o deməkdir ki, söhbət artıq postmünaqişə dövründən gedir. Bu qələbədə noyabrın 16 -da sərhəddə erməni təxribatının qarşısının alınması və ordumuzun öx mövqelərini daha da gücləndirməsinin də rolu böyükdür.İrəvanla Moskva arasındakı inamsızlıq mühiti fonunda Azərbaycanın düşünülmüş siyasəti ,həm Rusiya ,həm Türkiyə ilə etibarlı tərəfdaşlığı sayəsində regionda yeni təhlükəsizlik arxitekturası qurulur və onun müəllifi məhz Azərbaycanın Silahlı Qüvvələrinin Ali baş Komandanı ,Qalib Sərkərdə Prezident İlham Əliyev
Xəbəri paylaş