Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Soçi görüşü-Azərbaycanın növbəti uğuru.

RegionTV.info 
 Dövlətlərarası münasibətlərin və münaqişələrin tənzimlənməsi baxımından rəsmi şəxslərin müxtəlif vaxtlarda və müxtəlif məkanlarda keçirdikləri görüşlər xüsusi önəm daşıyır.Çünki belə görüşlərdə dəvlətlərarası münasibətlərdə əldə olunacaq ortaq razılaşmalara hazırlıq görülür və yekun sənədin detalları planlaşdırılır. Bu baxımdan 26 noyabr 2021-ci il tarixdə Soçidə reallaşdırılan Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünü iki ölkə arasında imzalanacaq sülh sazışınin reallaşması baxımından əhəmiyyətli hesab etmək olar. Bu görüşdə bir daha məlum oldu ki, regionda sülhün və sabitliyin bərqərar olmasında Azərbaycan və Rusiya ümumi yanaşma sərgiləyir və hər iki ölkə rəhbərləri arasında qarşılıqlı etimad və dostluq mövcuddur ki, bu da strateji tərəfdaşlığın dayanıqlığını təmin edən amillərdən hesab edilir. Regionda sülhün və sabitliyin bərqərar olması, ölkələrarası iqtisadi əməkdaşlığın inkişafına yönəlik addımların atılması fonunda Ermənistan rəhbərinin cılız və riyakar hərəkətləri, dəyşkən istiqamətli addımları regional güc faktoru olan Rusiyada qıcıq yaratmaya bilməzdi. Çünki, Moskvanın rəhbərliyi və iştirakı ilə imzalanmış 10 noyabr razılaşması bölgədə sabitliyin yaradılması, kommunikasiyaların və nəqliyyat dəhlizlərinin açılmasını nəzərdə tutur. Həm də bu dəhlizin açılması təkcə Azərbaycan üçün deyil, region ölkələri üçün də boyük iqtisadi əhəmiyyətə malikdir. Odur ki, Ermənistanın Qarabağda və Azərbaycan-Ermənistan sərhəddində təxribatlar yaradaraq diqqət yayındırmaq istəyi fiaskoya uğradı.16 noyabrda aldığı layiqli cavablardan sonra yeni reallığı bir daha dərk edən Ermənistan razılığa gəlməyə məcbur oldu. Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, “Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaqdır”. Məhz Soçi görüşündə Azərbaycanın əldə etdiyi diplomatik nailiyyətlər, Rusiya Prezidentinin çıxışında “nəqliyyat dəhlizləri” ifadəsinin səslənməsi, imzalanmış sənəddə “dəmir yolu və nəqliyyat əlaqələrinin açılmasına” dair bəndlərin olması Zəngəzur dəhlizinin açılacağından xəbər verir. Soçi görüşündə Azərbaycanın əldə etdiyi diplomatik uğurun digər bir tərəfi isə humanitar məsələlər çərçivəsində “mina xəritələri”nin müzakirə edilməsi oldu. Qərb dövlətlərinin köməyinə ümid bəsləyən və 9 noyabrda nəzərdə tutulan görüşü sabotaj edən Paşinyanın Soçi görüşü ərəfəsində də şovinist və destruktiv fikirlər səsləndirməklə növbəti sabotaj cəhdi iflasa uğradı. Ermənistanın öz strateji tərəfdaşı olan Rusiyaya qarşı satqınlıq və riyakarlıq nümayış etdirərək Avropa vasitəçiliyini gündəmə gətirməsi rəsmi İrəvanın etibarsız tərəfdaş olduğunu göstərdi. Elə bu səbəbdəndir ki, Soçidə imzalanan sənəddə “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi yer almadı. Deməli söhbət postmüharibə dövründən gedir ki, burada da yalnız tikinti-quruculuq və kommunikasiya-nəqliyyat layihələrinin icrası nəzərdə tutulur. Soçi görüşündə Azərbaycanın əldə etdiyi diplomatik uğurun qazanılmasında 16 noyabr təxribatının qarşısını alan və öz mövqelərini daha da möhkəmləndirən Müzəffər Azərbaycan Ordusunun da rolu danılmazdır. İrəvanın dəyişkən və destruktiv mövqe nümayiş etdirməsi fonunda Azərbaycanın düşünülmüş balanslı siyasəti, Türkiyə və Rusiya ilə etibarlı tərəfdaşlığı sayəsində regionda yeni təhlükəsizlik komleksi yaradılır ki, onun da müəllifi məhz Azərbaycan Prezidenti İlham Əliyevdir. Soçi görüşündən bir gün sonra –28 noyabrda- İqtisadi Əməkdaşlıq Təşkilatının  Aşqabadda gerçəkləşən XV  Zirvə Toplantısında Azərbaycan Prezidentinin  “Zəngəzur dəhlizi reallığa çevrilir” sözləri və İƏT ölkələrini bu dəhlizdən istifadəyə dəvət etməsi heç də təsadüfi deyil. Uğurlar olsun Azərbaycan! Xalqımıza uğur yaraşır! Şikar Baxışov Kəlbəcər rayon 109 nömrəli tam orta məktəbin müəllimi

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də