Sabunçu rayonu Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən 28 saylı məktəbin yanındakı durum sakinlərin narazılığına səbəb olub. Qəsəbə sakinlərinin RegionTV.info-ya verdiyi məlumata görə, məktəbin ətrafı mal-qaraların ünvanına çevrilib. Məktəbə gedib-gələn uşaqlar, valideynlər bununla bağlı müxtəlif orqanlara müraciət etsələr də, reaksiya verən yoxdur.