Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Vaksin əleyhdarının ölümqabağı son sözləri: “Peyvənd vurdurmaq istərdim” - FOTO

 Peyvənd əleyhdarı olan britaniyalı Qlin Stil koronavirusdan yaranan fəsadlar səbəbindən ölməzdən əvvəl ona peyvənd vurulması üçün yalvarıb.
RegionTV.info xəbər verir ki, bu barədə onun xanımı Emma Stil danışıb.
Qadının sözlərinə görə, əri peyvəndin əleyhinə olub. Səbəbi isə Qlinnin əsl heyvansevər və veqan olması idi. Belə ki, 54 yaşlı britaniyalı "Pfizer-BioNTech", "Moderna" və "Johnson & Johnson" şirkətlərinin preparatları heyvanlar üzərində sınaqdan keçirildiyini öyrənib, bundan sonra da vaksinasiyadan imtina edib.
"Ancaq həyat dəstək sisteminə qoşulmazdan əvvəl, reanimasiyada olarkən peyvənd üçün yalvardı. Həkimlər isə çox gec olduğunu dedilər", - deyə Emma Stil əlavə edib.
Britaniyalı qadın təcili yardım xidmətinin yükü çox olduğundan ərini təkbaşına xəstəxanaya aparmalı olduğunu və  Qlinnin xəstəxanada çox əziyyət çəkdiyini deyib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də