
RegionTV.info xəbər verir ki, hakim Natiq İsmayılovun sədrliyi ilə keçirilən prosesin yekununda Şamaxı rayonu Sis kənd sakini, 1991-ci il təvəllüdlü Kənan Mustafayev nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla bir il müddətinə islah işləri cəzasına məhkum edilib.
Məhkəmədə məlum olub ki, Kənan AMEA-ya məxsus olan və rəsmi qaydada çalışdığı restoran-hotelin kotteclərindən birini fahişəliklə məşğul edilməsi üçün bir gecəlik 150 manata icarəyə verib. Bu il 4 iyun tarixində polis əməkdaşları qeyd edilən obyektdə əməliyyat keçiriblər və ikimərtəbəli kottecdə əxlaqsızlıq yuvasının təşkil edildiyini müəyyən ediblər.