
RegionTV.info xəbər verir ki, bu açıqlama ilə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba çıxış edib.
XİN rəhbəri Rusiyanın niyə məhz indi belə bir ssenariyə əl atma ehtimalının olduğu ilə bağlı fikirlərini bildirib:
"Sadəcə ona görə ki, Rusiya belə bir planı həyata keçirmək üçün fürsət görür. Bizim əsas avropalı müttəfiqlərimiz - Almaniya və Fransa öz daxili problemlərinə diqqət yetirirlər. Almaniyada bu yaxınlarda Bundestaq seçkiləri keçirildi. Fransa isə tezliklə seçki keçirməyə hazırlaşır. Rusiyanın geosiyasi qaz kəməri layihəsi olan Şimal Axını-2 sertifikatlaşdırma mərhələsindədir. Vladimir Putin hesab edir ki, Qərb xüsusilə indi zəif və qətiyyətsizdir. O, əmin ola bilər ki, balansı dəyişmək üçün doğru andır.
İnanıram ki, biz onun səhv olduğunu sübut etməliyik. Biz bunu edə bilərik. İndi əsas məqsəd Rusiyanı cilovlamaq və onu növbəti aqressiv hərəkətlərdən yayındırmaqdır".