Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Koronavirus keçirənlərin “omikron”a yoluxma ehtimalı daha yüksəkdir” - ÜST

 Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 keçirənlərə "omikron" ştammı ilə yenidən yoluxa biləcəkləri barədə xəbərdarlıq edib.
RegionTV.info xəbər verir ki, "COVID-19 keçirən insanların narahatlıq doğuran digər variantlarla müqayisədə yenidən "omikron"a yoluxma ehtimalı daha yüksək ola bilər", - deyə ÜST-ün məlumatında bildirilir.
Ancaq yeni ştamla yoluxmanın digər variantlarla müqayisədə daha ağır keçib-keçmədiyi hələlik məlum deyil.
"Mövcud məlumata görə, Cənubi Afrikada xəstəxanaya qəbul nisbəti daha yüksəkdir. Bununla belə, bu, "omikron"la deyil, ümumi yoluxanların sayının artması ilə əlaqəli ola bilər", - deyə ÜST-dən izah edilib.

Eyni zamanda, təşkilatdan mövcud peyvəndlərin COVID-19-un yeni variantına qarşı da təsirli olduğuna əmin edirlər.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də