
Sabunçu rayon prokurorluğundan RegionTV.info-ya verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əri 1990-cı il təvəllüdlü Şəhriyar Ələsgərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ləman Ələsgərovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Şəhriyar Ələsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.