
RegionTV.info xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Təbii Fəlakətlərə qarşı Mübarizə İdarəsi yayıb.
Yeraltı təkanlar noyabrın 30-da səhər saatlarında yerli vaxtla 07.00-da qeydə alınıb. Zəlzələnin episentri 3,97 km dərinlikdə yerləşib.
Saat 07.09-da isə eyni ərazidə 4,3 bal gücündə ikinci zəlzələ olub.
Yeraltı təkanlar İzmir və Manisa şəhərlərində də hiss edilib.