Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Üzün də var hələ cavab qaytarırsan?" deyib bıçaqladım - Abşeronda xəyanət qətli

Abşeron rayonunda arvadını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən İlqar Vəliyevin cinayət işi üzrə təfərrüatlar məlum olub.
RegionTV.info  xəbər verir ki, Abşeron rayonu ərazisində 1975-ci il təvəllüdlü Səyyarə Vəliyevanın yaşadığı mənzildə çoxsaylı bıçaq xəsarətləri yetirilməklə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İstintaqla hadisənin zərərçəkmişin əri, 1967-ci il təvəllüdlü İlqar Vəliyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.İş üzrə dindirilmiş İlqar Vəliyev bildirib ki, Səyyarə Vəliyeva ilə 1992-ci ildə ailə həyatı qurub və iki övladları var. Həyat yoldaşı evdar qadın olub, özü isə ərzaq dükanı işlədib.
2020-ci ilin may ayından arvadının ona xəyanət etməsindən şübhələnib. Hadisədən bir həftə əvvəl evdə alışqan tapıb bunun kimə məxsus olduğunu soruşduqda Səyyarə bilmədiyini söyləyib. Bir dəfə evə daxil olanda evdən siqaret iyi gəldiyini hiss edib. 
Avqustun 14-ü saat 10:00 radələrində ərzaq alıb evə gələndə arvadının tək olduğunu görüb. Övladları həmi vaxt işdə olublar. Səyyarədən evin niyə səliqəsiz olduğunu soruşduqda o bir azdan mənzili yığışdıracağını deyib. Səyyarənin cavabı xoşuna gəlməyib, eyni zamanda xəyanət barədə şübhələri əsəblərini artırıb.
"Səhər gəldim evə əynimi dəyişib Səyyarəyə dedim ki, bu ev niyə bu gündədir, niyə yığışdırmırsan? O da aqressiv formada mənə cavab qaytardı. Dedim, qışqıra-qışqıra danışma. Sənin hələ sifətin var, belə cavab da verirsən?"
İlqar Vəliyev ifadəsinin davamında bildirib ki, mətbəxdən bıçağı götürüb yataq otağına qayıdıb. Eyvanın qapısının qarşısında dayanan Səyyarə başa düşüb ki, onu öldürmək istəyir və qışqırmağa başlayıb. Əlindəki bıçaqla ilk zərbəni döş qəfəsinə vurub. Qadın müqavimət göstərməyə cəhd edib, amma sonra yerə yıxılıb. İlqar əyilib xəsarətlər yetirib ki, qadın tez ölsün. Ümumilikdə, qadının bədəninə 15 bıçaq zərbəsi vurub. Sonra hamama keçib əl-üzünü və bıçağı yuyub. Təzə paltarlarını geyinə-geyinə Səyyarəyə baxıb və onun hərəkətsiz olduğunu görüb, öldüyünə tam əmin olub.
"Birincini düz sinəsindən vurdum çökdü yerə. Sonra atıldım üstünə dayanmadan başladım bıçaqla vurmağa. Çırpındı bir az, başı düşdü eyvanın qapısı tərəfə. Sonra yenə bir-iki dənə də vurdum gördün artıq səsi gəlmir".
İlqar Vəliyev hadisədən sonra evdən çıxaraq taksi ilə Xırdalan şəhərindəki parka gəlib. Yolda olarkən "102" xidmətinə sonra isə qardaşı oğlu Elvinə zəng edərək arvadını öldürdüyünü deyib. Elvinə zəng eləməkdə məqsədi o idi ki, işdən qayıdan qızının evə girməsinə mane olsun. Daha sonra isə Abşeron PRİ-nə gedərək könüllü təslim olub və bıçağı təqdim edib. 
Məhkəmə prosesi zamanı İlqar Vəliyev ittiham üzrə özünü qismən təqsirli bilib. 
Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş edib.
Sonda məhkəmənin hökmü ilə İlqar Vəliyev CM-nin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum olunub.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də