
Bunu RegionTV.info-ya Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun modernləşdirilməsi layihəsinin baş direktor müavini Emil Alxaslı deyib.
Onun sözlərinə görə, zavodun modernləşdirilməsi layihəsinin reallaşdırılması üzrə investisiya planı dəyişməz qalıb.
O bildirib ki, layihəyə əlavə investisiyaların qoyulması məsələsi 2023-cü ildə birinci mərhələnin başa çatmasından sonra nəzərdən keçiriləcək.
"Birinci mərhələdə zavodun istehsal gücü Azərbaycan bazarının dizel yanacağı, eləcə də Aİ-92 və Aİ-95 markalı benzinə tələbatını tam təmin edəcək. Biz, həmçinin zavodun məhsulunun Gürcüstan və Türkiyə bazarlarına ixracını planlaşdırırıq. Əsas ixrac məhsulu dizel yanacağı olacaq", - deyə o, bildirib.