Koronavirusun ən yeni ştamı olan "omikron" daha bir qitəyə sıçrayıb.
Belə ki, Avstraliyada virusa yoluxmuş iki xəstə təsbit edilib.
RegionTV.info xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Onların noyabrın 27-də Cənubi Afrika Respublikasından ölkəyə gəldiyi bildirilib
Qeyd olunub ki, COVID-19-a qarşı peyvəndin tam kursunu tamamlayan hər iki şəxs hazırda həkim nəzarəti altında xüsusi tibbi təcridxanada saxlanılır
Xatırladaq ki, noyabrın 27-dən etibarən Avstraliya Botsvana, Zimbabve, Lesoto, Malavi, Mozambik, Namibiya, Seyşel adaları və Cənubi Afrika Respublikası ilə hava nəqliyyatını məhdudlaşdırıb. Bu ölkələrdən girişə yalnız Avstraliya vətəndaşları və ölkədə yaşamaq icazəsi olan şəxslərə icazə verilir. Onlara qarşı iki həftəlik karantin tətbiq edilir.
Xəbəri paylaş