Gürcüstanda azərbaycanlı ailənin 4 üzvü yol qəzasında öldü
Tarix: 29-11-2021, 21:30Xəbərə baxış: 130
Kazreti-Dmanisi (Şərqi Gürcüstan) magistralında yük maşınının minik avtomobili ilə toqquşması nəticəsində ağır yol nəqliyyat hadisəsi baş verib. RegionTV.info xəbər verir ki, qəza nəticəsində azərbaycanlı ailənin 4 üzvü - ata, oğlu, gəlini və nəvəsi hadisə yerində ölüb. Onlar Səfərli kənd sakinləridir. Hadisə yerində xilasedicilər və polis işləyir.